TİKİNTİ İLƏ BAĞLI “VAHİD PƏNCƏRƏ” SİSTEMİ YARADILACAQ
Deputat Vahid Əhmədov Məcəllədə çox ciddi çatışmazlıqların olduğunu deyir: “Belə ki, tikintinin qiymətləndirilməsi və yol tikintisi məsələsi öz əksini tapmayıb. Baxmayaraq ki, yol tikintinin sahəsinin tərkib hissəsi olsa da, burada bu məsələ nəzərə alınmayıb. Çünki yol tikintisi Azərbaycanda böyük problemə çevrilib. Belə ki, tikilən yollar qısa zaman çərçivəsində dağılır. Səbəbi isə keyfiyyətsiz tikinti ilə bağlıdır”.
Xatırladaq ki, layihə alman və litvalı ekspertlərlə razılaşdırılıb. Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov isə mətbuata açıqlamasında bildirib ki, layihədə tikinti obyektlərinin tikintisinə icazə prosedurunun “vahid pəncərə” prinsipi əsasında nizamlanması nəzərdə tutulur. “Layihədə bu fəaliyyətin konkret hansı quruma həvalə olunacağı müəyyən edilməyib. Məcəllənin qəbulundan sonra bu fəaliyyət prezidentin sərəncamı ilə konkret quruma həvalə olunacaq”. Onun sözlərinə görə, fərdi yaşayış evləri ilə bağlı icazə icraatı deyil, məlumatlandırma icraatının tətbiqi nəzərdə tutulub.
Hündürlüyü 3 mərtəbədən, 12 metrdən artıq olmayan fərdi yaşayış evlərinə icazə deyil, məlumatlandırma icraatı tətbiq olunacaq. Bunun mahiyyəti ondan ibarətdir ki, şəxs tikinti niyyəti ilə bağlı tikinti obyektinin layihəsini qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən layihəçi tərəfindən layihələndirilməsini təmin etməlidir. Ondan sonra həmin fərdi yaşayış evinin tikintisi barədə niyyəti haqqında müvafiq icra hakimiyyəti orqanına-tikintiyə icazə verən quruma məlumat verməli, layihəni təqdim etməlidir. Həmin qurum da bu layihə ilə bağlı 1 ay ərzində irad və təkliflərini bildirməzsə, şəxs heç bir icazə almadan tikintiyə başlaya bilər. Əgər tikintiyə icazə verən qurumun irad və təklifləri olarsa, şəxs onları mütləq nəzərə almalıdır.
Söhbətləşdiyimiz ekspertlərin əksəriyyəti Azərbaycanda şəhərsalma və tikinti ilə bağlı vahid pəncərə sistemi yaradılmasını vacib saydılar. Bundan əlavə onlar şəhərsalma ilə bağlı yeni qanunun qəbulundan sonra bu sahədə yaşanan xaosun aradan qaldırılacağını bildirdilər: “Paytaxtda tikinti işləri aparılarkən Bakının özünəməxsus ənənəvi gözəlliyi itir. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, uca göydələnlər şəhərin mərkəzində yox, kənarında ucaldılır. Nəzərə alsaq ki, Bakı həm Şərq, həm də Qərb şəhəridir, o zaman tarixi arxitekturanı qoruyub saxlamalıyıq, modern binaları isə qədim tikililəri sökmədən şəhərin kənarında tikilməlidir”.
Qeyd edək ki, bir çox ekspertlər Bakıda inzibati ərazi bölgüsünün təkmilləşdirilməsini zəruri sayır. Yeni qanun qəbul edildikdən sonra bu istiqamətdə ciddi addımlar atılacaq. Bakı ətrafında xaotik olaraq inkişaf etmiş yaşayış məskənləri var. Həmçinin, məskunlaşmaya yararsız-neftlə çirklənmiş ərazilər var. Həmin ərazilərin də yenidən təmizlənməsi qanunda nəzərdə tutulacaq. Bakının özündə isə şəhərin 20-25 faiz ərazisini tutan, sənaye zonası deyilən böyük bir ərazi var. “Qara şəhər” və “Dərnəgül yol”unun ətrafı olan hissələrdə. Boz bir ərazidir. Vaxtı ilə sənaye zonası kimi formalaşıb, amma bu gün orada aktiv fəaliyyət göstərən sənaye müəssisələri çox azdır. Sözsüz ki, həmin ərazilərin boşaldılması, yeni yaranacaq sənaye mərkəzlərinə köçürülməsi nəzərdə tutulur. Boşaldılacaq ərazilərdə isə yaşıllıqların artırılması nəzərdə tutulub.