İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflis aeroportunun kassasına zəhərli maddə tökən Rusiya vətəndaşı saxlanılıb

953 04.07.2018 21:26 Gündəm A A

Tiflis aeroportunun kassasına zəhərli maddə tökən şəxs saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına istinadla verdiyi xəbərə görə, saxlanılan şəxs Rusiya vətəndaşı Dimitri B. adlı şəxsdir.

İstintaqla müəyyən olunub ki, 2 iyul 2018-ci il tarixində Dimitri B. tərkibində sağlamlığa ziyan vuran maddənin olduğu mayeni Tbilisi beynəlxalq hava limanının uçuş zalında yerləşən aviaşirkətlərdən birinin kassasına töküb.

Faktla bağlı istintaq DTX-nin Əks-kəşfiyyat Departamenti tərəfindən aparılır.

Qeyd edək ki, iki gün öncə Tbilisi hava limanında baş vermiş insident nəticəsində hava limanının bir neçə əməkdaşı zəhərlənib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR