İnsanlara hürriyət, millətlərə istiqlal!

“THE WASHİNGTON TİMES” ABŞ-ı ERMƏNİSTANA SANKSİYA TƏTBİQ ETMƏYƏ ÇAĞIRDI

4381 27.12.2010 06:25 Gündəm A A
“İrana silahların və texnologiyaların ötürülməsinin qarşısını almaq Birləşmiş Ştatların xarici siyasətinin mühüm hissəsi olaraq qalır. Qeyd etmək lazımdır ki, ABŞ öz müttəfiqlərinin əksəriyyətini İrana silah satmaqdan imtina etməyə inandıra bilib. İran isə ABŞ-ın birbaşa qadağalarından yayınmaq üçün onun müttəfiqləri arasında yer almayan ölkələrdəki silah alverçiləri ilə əlaqə yaradır. Nəticədə İranın hərbi gücü Çin, Rusiya, Şimali Koreya kimi ölkələrdən asılıdır. Təəssüf ki, indi bu siyahıda ABŞ-ın sıx münasibətlərdə olduğu Ermənistan da yer alır” - deyə məqalədə bildirilir.
Qəzet yazır ki, Ermənistanın İrana silah ötürməsini eşitmək amerikalılar üçün kifayət qədər ağır məsələdir. Hansı ki, bu silahlar İraqda Amerika əsgərlərinin ölümünə, yaralanmasına yol açıb: “İndi biz bilirik ki, Ermənistan necə ölkədir. Onun prioritetləri nədir və kimin yanındadır. Belə dostlar olan yerdə ABŞ-a düşmən nəyə lazım?”
Məqalədə xatırladılır ki, 2008-ci ilin dekabrında ovaxtkı dövlət katibinin müavini Con Neqraponte Ermənistan prezidenti Serj Sərkisyana yazdığı məktubunda İrana silah ötürülməsinə görə İrəvana sanksiyalar tətbiq edilməli olduğunu xatırladıb. Çünki Amerika qanunları belə tələb edir. “Qeyd etmək lazımdır ki, İrana göndərilən silahlar üçün qaimələrin altında bir başqasının yox, elə müdafiə naziri statusunda olarkən Serj Sərkisyanın imzası dayanır. Birləşmiş Ştatlar bu miqyasda zədəni diqqətə almaya bilməz. Ümid edək ki, Obama administrasiyası Neqrapontenin vaxtilə yazdıqlarını həyata keçirəcək”, - deyə qəzet yazır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR