İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Straits Times”: İndoneziyada dənizin səviyyəsinin qalxması iki adanı suyun altında qoyub

358 16.01.2020 12:00 Son xəbər A A

İndoneziyanın Cənubi Sumatra əyalətinə daxil olan iki məskunlaşmamış ada dənizin səviyyəsinin qalxması nəticəsində bütünlüklə suyun altında qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 16-da “The Straits Times” qəzeti məlumat yayıb. Qəzet “Ətraf mühit Forumu” adlı qeyri-hökumət təşkilatına istinadla xəbər verir ki, Betet və Qundul adaları hazırda dənizin səthindən 1-3 metr dərinlikdə yerləşir. Əgər tezliklə lazımi tədbirlər görülməsə, daha dörd ada itmək təhlükəsi ilə üz-üzədir. Belə ki, Burunq adası artıq sıfır səviyyəsində, Kalonq və Salah Namao adaları suyun səthindən 2 metr, Kramat adası isə 3 metr yüksəkdə yerləşir.

Bildirilir ki, 1990-cı illərdə yerli əhalinin tərk etməyə başladığı Salah Namao adasında hələ də yaşayanlar var.

Əlavə olaraq qeyd edək ki, İndoneziya dünyanın ən böyük arxipelaqında yerləşir və onun tərkibində təqribən 18 min ada var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR