“The New York Times”: “ABŞ soyuq müharibə dövründə minlərlə nasistdən casus kimi istifadə edib...”
“İkinci Dünyan müharibəsindən sonra, on illiklər ərzində Mərkəzi Kəşfiyyat İdarəsi və digər Amerika xüsusi xidmət agentlikləri soyuq müharibədə casus və informant qismində minlərlə nasisti işə cəlb edib. Bunu aşıqlanmış gizli sənədlər təsdiqləyir”. Musavat.com-un xəbərinə görə, belə bir şok iddia nüfuzlu “The New York Times” nəşrinin məqalələrinin birində yer alıb.
“Nasistlər qonşuluqda: Amerika Hitlerin adamları üçün sığınacağa necə çevrildi” kitabının müəllifi Erix Lixtblau yazır: “1950-ci illərdə, soyuq müharibənin qaynar vaxtında hüquq-mühafizə orqanlarını və təhlükəsizlik xidmətlərinin C.Edvard (FTB) və Aleln Dalles (MKİ) kimi rəhbərləri bütün ranqlardan olan keçmiş nasistləri gizli “antisovet qüvvələri” kimi xidmətə cəlb edirdilər”.
Məqalə müəllifinə görə, açılan minlərlə sənəd və qovluqlar sübut edir ki, nasistlərin hökumət səviyyəsində “verbovka” olunması öncə bəlli olduğundan daha dərin köklərə malik olub və məmurlar ən azı yarım əsr ərzində bunu gizlətməyə çalışıblar.
Musavat.com






