İnsanlara hürriyət, millətlərə istiqlal!

“The National İnterest” Vladimir Zelenskinin iqtidarını “prezident-şou” adlandırdı

1086 23.07.2019 21:23 Dünya A A

ABŞ-ın analitik mətbuat orqanlarından, “The National İnterest” jurnalı Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edib və onun hakimiyyətini şou ilə müqayisələndirib.

“Ali Radaya keçirilən seçkilər V.Zelenskinin partiyası üçün uğurlu keçdi. Lakin hazırkı anda onun prezidentlik tamaşasının əsl gerçəkilk qarşısında necə olacağı, hökumətin hansı dərəcədə korrupsiya ilə effekiv mübarizə aparacağı və effektiv idarəçiliklə barədə sözlərini nə qədər tutacağı hələ bəlli deyil”,-deyə müəllif Qreyson Mark Sveyn yazıb.

Müəllif ölkə başçısının ilk addım olaraq icraedici struktur rəhbərlərini işdən azad etməsini xatırladıb. Bundan başqa VladimirZelenski parlamentdən xarici işlər naziri, Təhlükəsizlik Xidmətinin direktoru, baş prokuror və müdafiə nazirinin istefaya göndərilməsini tələb edir.

Qreyson Mark Sveyn Ukrayna liderinin hələ ki, bildiyi şou üsulları ilə vəziyyəti idarə etdiyini düşünür.

“Rəhbərlik etdiyi administrasiyanın dəbdəbə həyatından uzaqlaşdığını göstərmək üçün o, ofisini Ukrayna evinə köçürüb.Onun kursu ölkənin şərqində yaşayanlar üçün də cəlbedicidir. Ukraynalı dövlət rəhbəri rus dilində danışmaqdan çəkinmir. Lakin hələ bu vaxta qədər əsaslı siyasi təşəbbüs və ya islahatların keçirilməsində ciddi irəliləyişə nail olunmayıb. Ukraynalılar hələ ki “prezidentin şousu”nu sevirlər və Zelenski isə bununla bağlı reytinqini siyasi faydaya çevirmək istəyəcək,”-deyə yazıda qeyd olunub.

Almaniyanın “Die presse” qəzetinin yazarı Yutta Zommerbauer isə Vladimir Zelenskini postsovet məkanda yenilənmənin simvoluna bənzədib. “Bu da təəccüblü deyil. Çünku burada uzun illərdir ki, gündən-günə qocalan sovxoz direktorları və DTK-nın keçmiş agentlərinin iqtidarları hökm sürür. Prezidentlərin təbii yolla dəyişməsi məsələsi demək olar ki, mümkün görünmür. Putin Rusiyada ölkənin inkişafının yalnız sabitlikdən keçməsi adı altında avtoritar hakimiyyətni qura bilib. Ukraynada isə inkişaf dedikdə yalnız, hər nə qədər baha başa gəlsə belə “köklü dəyişiklik” başa düşülür,-deyə müəllif qeyd edib.

Y. Zommerbauer buna görə də Zelenskiyə xəbərdarlıq edir: “Yanukoviçin taleyinə diqqət yetirdikdə Ukraynada özünü Putin kimi aparmaq istəyənlərin çox yaşamadığı göz önündədir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR