İnsanlara hürriyət, millətlərə istiqlal!

“The National İnterest”: "Rusiya S-400-ləri satmaq üçün S-500-lərin varlığını gizlədir"

843 10.01.2019 18:14 Dünya A A

“Rusiyanın “Prometey” tipli S-500 zenit-raket kompleksi (ZRK) öz taktiki-texniki imkanlarına görə “Triumf” tipli S-400 ZRK-larını üstələyir. Bu səbəbdən birincinin reklamı ikincinin beynəlxalq bazarda satışına ciddi əngəl törədə bilər”.

Belə bir təsbit ABŞ-ın “The National interest” elmi jurnalında qeyd olunub.

ABŞ jurnalı S-500 raketlərinin uçuş məsafəsinin 600 km olduğunu bildirirək, bunun S-400 lərin göstəricilərin 200 km üstələdiyini vurğulayır. Özü də “Premetey” eyni vatxda saniyədə 6,5 km sürətlə uçan 10 raketi havada tutmaq, habelə görünməyən qırıcıları aşkar etmək qabliyyətinə qadirdir.

“The National İnterest” S-500-lərin sələfinin olduqca böyük ixracat uğurunu kölgələyə biləcəyini, bu səbəbdən rusların yeni ZRK-larını çox da gözə soxmadıqlarını yazıb.

Hazırkı anda S-500-lərinin konstruktoru və istehsalçısı “Almaz-Antey” şirkəti onun təkmilləşdirilməsi ilə məşğuldur. Kompleks “RLS96L6E” radarı ilə təchiz olunub. Bu radar “doğma-yad” prinsipi üzrə obyektləri aşkar etməyə kömək edir. Rusiya hərbçiləri S-500-ləri 2020-ci ildə ala biləcəklər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR