İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Daily Telegraph”: “Böyük Britaniya Arktikada Rusiyaya meydan oxuyur”

833 18.02.2019 16:16 Son xəbər A A

Böyük Britaniya Arktika bölgəsində NATO-nun şimal qanadının müdafiəsi üçün hərbi mövcudluğunu gücləndirir.

Yerli “The Daily Telegraph” qəzetinin yazdığına əsasən, bu barədə ölkənin müdafiə naziri Kevin Uilyamson Böyük Britaniyanın dəniz piyadalarının yerləşdiyi Norveçin Bardufoss hərbi bazasını ziyarət edərkən bildiirb.

Böyük Britaniya hərbi idarəsinin başçısının sözlərinə görə, yeni 10 illik proqrama əsasən britaniyalı əsgərlər norveçli həmkarları ilə birlikdə burada illik təlimlərə qatılacaqlar. İki dövlətin hərbçilərindən ibarət briqada yaradılması da planlaşdırılır.

2020-ci ildə isə Arktika üzərində sualtı qayıqlar əeyhinə “Boeing P-8 Poseidon” təyyarələri uçmağa başlayacaq. Onların əsas vəzifəsi Rusiyanın sualtı qalıqlarının aktivliyini izləmək və hətta önləmək olacaq.

Qəzetin başqa məlumatına görə, Şotlandiyanın Lossimut bazasında 2020-ci ildə 9 “Poseidon”un gətirilməsi gözlənilir. Onlar uzaq Şimal və Şimali Atlantika bölgələrinə kəşfiyyat uçuşlarını həyata keçirəcəklər.

“The Daily Telegraph” müdafiə nazirinin Norveç səfərinin onun Böyük Britaniya gəmilərini Sakit okeana göndərəcəyi barədə ehtiyatsız bəyanatına görə ünvanına gələn tənqidlərin fonunda gerçəkləşdiyinə diqqət çəkib.

Məhz Uilyamsonun ucbatından maliyyə naziri Filip Hammondun Çinə səfəri qarşı tərəfin tələbi ilə ləğv olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR