Təzəpir məscidində keçirilən Aşura mərasimi və qanvermə aksiya keçirilib- FOTOLAR
Xəbər verildiyi kimi, Aşura günü ilə bağlı Təzəpir məscidində təziyə mərasimi və qanvermə aksiyası keçirilib.
Qeyd edək ki, Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb. Aksiyalar ölkənin 14 məscidində keçirilir.
Musavat.com reportyorunun verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də "Təzəpir məscidində, öz iş otağında qan verib. Qanvermə aksiyasında Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübaruz Qurbanlı və şeyxin qardaşı, deputat Cavanşir Paşazadə də iştirak edib.
İlkin Muradov
Musavat.com






