İnsanlara hürriyət, millətlərə istiqlal!

Təzəpir məscidində bayram namazı qılınıb - YENİLƏNİB + FOTO/VİDEO

677 10.04.2024 09:34 Ölkə A A

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Təzəpir məscidində bayram namazı qılınıb.

Musavat.com xəbər verir ki, bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə qılınıb.

Bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

***08:48

Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.

Oxu.Az xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Heydər məscidində bayram namazı saat 08:30-da, axund Rüfət Qarayevin rəhbərliyi ilə qılınıb.

Qeyd edək ki, bayram namazı Əjdərbəy və Heydər məscidləri istisna olmaqla digər məscidlərdə bayram namazı saat 09:00-da qılınacaq.

Xatırladaq ki, İçərişəhər Cümə məscidində bayram namazı məscidin axundu Surxay Məmmədli tərəfindən saat 09:00-da qılınacaq.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR