İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarəyə çata bilmədiyi üçün polisə zəng edərək bomba olduğunu deyib

1182 12.05.2016 01:04 Son xəbər A A


Türk Hava yollarının İstanbul-Riqa reysi üçün hazırlanan təyyarəyə yalandan bomba olduğunu bildirən sərnişin polis tərəfindən saxlanılıb. 

Musavat.com xəbər verir ki, bu gün səhər saatlarında Atatürk hava limanında Latviyanın paytaxtı Riqaya hərəkət etmək üçün hazırlanan təyyarə sərnişin qəbulunu tamamlayıb, uçuş zolağına yaxınlaşıb. 

Bu zaman kimliyi bilinməyən bir şəxs polisə zəng edərək, təyyarədə bomba olduğunu bildirib. 
Təhlükəsiz bir yerə çəkilən təyyarədə bomba axtarışı edilib. Təyyarədə heçnə tapılmayıb və sərnişinlər başqa bir təyyarə ilə Riqaya yola salınıb. 

Polisin axtarışından sonra D.T adlı şəxs saxlanılıb. O, təyyarəyə vaxtında çata bilmədiyi üçün belə bir hərəkət etdiyini bildirib. 

Aygün SƏFƏRLİ
Musavat.cm

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR