İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarə ilə də sevgili olan var imiş...

491 14.10.2019 18:11 Maraqlı A A

Berlində yaşayan 30 yaşlı Mişel Köbke adlı qadın təyyarə ilə eşq yaşayır. Qadın təyyarə barəsində “çox cazibədar, gözəl və zərifdir” deyə bildirir. 

Onun digər açıqlamaları isə təəccüb doğurur: “5 ildir ki, təyyarə ilə münasibətdəyəm, o, mənim sevgilim, həyatımın məhəbbətidir”. 

Təyyarə ilə fiziki olaraq da eşq yaşadığını deyən qadın onun çox seksual olduğunu deyir. Qadın həmçinin təyyarə ilə sevgi yaşamağın çox çətin olduğunu, həmin təyyarə ilə uçduqda onunla yaxın ola bildiyini, yalnız bir dəfə təyyarə bazada olarkən onu daha yaxından izlədiyini deyib. 

Mişel sevimli təyyarəsi ilə evlənib, onun saxlandığı bazada yaşamaq istədiyini də dilə gətirib. 

Qeyd edək ki, bundan əvvəl dünyanın müxtəlif yerlərində yastığı, yorğanı ilə, həmçinin ağac, qüllə və digər ağlasığmaz əşyalar ilə sevgili olan insanlara rast gəlinib. 

Xalidə, musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR