İnsanlara hürriyət, millətlərə istiqlal!

Texasın yeni miqrant qanunu ABŞ konstitusiyasını pozur - Ədliyyə Nazirliyi

454 29.12.2023 14:41 Dünya A A

Yerli hakimiyyət orqanlarına miqrantları həbs etmək səlahiyyəti verən yeni Texas qanunu ABŞ konstitusiyasını pozur.

Musavat.com CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ baş prokurorunun köməkçisinin müavini Brayan Boyntonun Texas ştatının qubernatoru Qreq Ebbota göndərdiyi məktubda deyilir.

Sənəddə bildirilir ki, Ağ Ev dekabrın ortalarında Texas hakimiyyətinin elan etdiyi qanunu tənqid edərək, onu “inanılmaz dərəcədə ifrat” adlandırıb. Qeyd olunur ki, ABŞ hakimiyyəti onun istifadəsinə qadağa qoymaq üçün məhkəməyə müraciət etmək niyyətindədir.

Ədliyyə departamenti hesab edir ki, “prezident Co Bayden hökuməti sərhəd təhlükəsizliyinə sadiq olsa da, Texas qanunları bu məqsədlərə ziddir”.

Qeyd edək ki, Texas ştatı miqrant axınından ən çox əziyyət çəkən ştatdır. Hər il on minlərlə mühacir ABŞ-a məhz Texasın ərazisindən müxtəlif yollarla daxil olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR