ABŞ-ın Texas ştatının El-Paso ticarət mərkəzində naməlum şəxs atəş açıb.
AZƏRTAC xəbər verir ki, bu barədə NBS telekanalı polisə istinadla məlumat yayıb. Məlumata görə, bir nəfər həlak olub, üç nəfər yaralanıb. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını təsdiqləyib.






