İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtərdə seçki aktivliyini Sərdar Həmidovun oğlu yaratdı – (Video)

5186 29.10.2015 16:15 Siyasət A A

2015-ci il parlament seçkilərinin yeni simasından möhtəşəm çıxışlar

Öncədən gözlənildiyi kimi Azərbaycanda 2015-ci il parlament seçkiləri əhvalı hiss edilmir. Sentyabr ayının 10-da Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ölkəmizdə keçiriləcək parlament seçkilərinin legitimliyini sual altında qoyacaq amillərdən biri idi. Belə ki, həmin qətnamədə Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərilməməsi ilə bağlı çağırış da yer alıb. Avropa Parlamentinin bu qətnaməni qəbul etdiyi gün Milli Şura da seçkiləri boykot etdiyini açıqladı. Bundan sonra isə bir çox Qərb dairələri və ölkələri Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etdi. 

Ötən gün isə Müsavat partiyası da seçkiləri boykot etməklə bağlı qərar qəbul edib.

Lakin bir-birinin ardınca gələn boykot qərarları ilə birgə həm də sona qədər seçki prosesində iştirak etməkdə qərarlı ciddi namizədlər var. Seçki prosesi müddətində seçici aktivliyinin müşahidə olunduğu, görüşlərin izdihamlı keçirildiyi dairələrin sırasıda ilk yerlərdən biri də 95 saylı Tərtər seçki dairəsidir. Bu dairə üzrə əsas yarış Tərtər rayon sabiq icra başçısı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə ilə hazırkı deputat, "Lider" TV-nin aparıcısı Sahib Alıyev arasında gedir. İstər sosial şəbəkələrdə, istərsə də elə rayonun özündə görüşlərə olan marağı nəzərə alsaq bu yarışda Ş.Məcidzadənin seçki aktivliyi yaratmağa nail olduğu müşahidə edilir. Belə ki, mütəmadi olaraq yerli mətbuatda 95 saylı Tərtər seçki dairəsi üzrə namizəd Şəhriyar Məcidzadəyə qarşı yerli icra strukturlarının təzyiqlərinə baxmayaraq onun seçicilərlə görüşlərinin uğurlu alındığını oxuyuruq. Xatırladaq ki, bir müddət əvvəl Tərtər rayonu Mamırlı kəndinin bələdiyyə sədri Kamal Quliyevin şəxsən Şəhriyar Məcidzadənin Mamırlı kəndində görüşü zamanı gəlib görüş iştirakçılarının şəkillərini çəkməsinin fotosu mətbuatda yayımışdı. 

Bu gün isə sosial şəbəkədə 2015- ci il parlament seçkilərinin yeni sima olaraq ən maraqlı namizələrindən biri Ş.Məcidzadənin seçicilərlə keçirdiyi izdihamlı görüşlərin videoları yayılıb. Musavat.com videolara geniş ictimai maraq olduğunu nəzərə alıb oxucularına təqdim edir:


Birinci video Şəhriyar Məcidzadənin kəndlərdə keçirdiyi görüşlər zamanı seçicilərin ona dəstək çıxışlarından ibarətdir. Həmin videoda seçicilər Şəhriyar Məcidzadəyə səs verəcəklərini və deputat kimi onu görmək istədiklərini bildirirlər.


İkinci videoda Şəhriyar Məcidzadə kəndlərdə görüş keçirərkən insanlar deputatlığa namizədə problemlərini və şikayətlərini bildirirlər. Bu şikayətlərdə olduqca ciddi amillər olduğu aydın şəkildə görünməkdədir. 


Sonuncu video isə rayon icra strukturlarının seçki prosesinə qanunsuz müdaxiləsindən və onlar tərəfindən Şəhriyar Məcidzadəyə qarşı edilən təzyiqlərdən ibarətdir. Videoda əsas diqqət çəkən məqam Ş.Məcidzadənin çıxışıdır. Çıxışında o, bildirir ki, onu dövlətdən küsdürməyə çalışırlar, ancaq bacarmayacaqlar. 

Xatırladaq ki, sentyabrın 19-da Şəhriyar Məcidzadənin namizədliyi 95 saylı Tərtər seçki dairəsinin Dairə Seçki Komissiyası tərəfindən ləğv edilmişdi. Lakin, sonradan, 23 sentyabrda Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə alıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR