Tərtər rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.
ONA-nın yerli muxbirinin xəbərinə görə, hadisə rayonun Poladlı kəndində baş verib.
“OKA” markalı avtomobilin sürücüsü yolu qarşı tərəfə keçərkən Hüseynov Məhər Məhərrəm oğlunu vurduqdan sonra hadisə yerindən qaçıb. M.Hüseynov hadisə yerində həyatını itrib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən qaçan sürücünün kimliyini araşdırır.






