İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtərdə məişət zorakılığı mövzusunda tədbir keçirilib

790 26.09.2019 13:56 Proje A A

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq üçün cəmiyyətin maarifləndirilməsi” adlı 4 aylıq layihənin üçüncü tədbiri Tərtər rayon Yeni Azərbaycan Partiyasında (YAP) təşkil olundu.

Zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır.

Tədbirimizin də məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirməkdir.

Uşaqlara qarşı edilən zorakılığın qarşısını almaq üçün cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşür. Amma təəssüf ki, hələ də insanlar bu məsələlərə çox laqeyd yanaşırlar. Valideynlər anlamalıdırlar ki, uşaq onların mülkiyyəti deyil. Valideyn uşağın inkişafı, təhsili, tərbiyəsi, sağlamlığının müdafiəsi ilə məşğul olmalıdırlar. Uşaq hüquqlarını pozan bütün hallar uşaq zorakılığı sayılır. Böyüklərin uşaqlarla kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur. Psixi və fiziki travmaya səbəb olan davranışlar – zorakılıq (fiziki, psixoloji, cinsi, iqtisadi), qayğısızlıq və etinasızlıq uşaqların həyatında ömürlük iz qoyur. Gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün regionumuzda bu mövzuda layihənin icrasını zəruri hesab etdik.

Tərtərdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov bu cür həssas mövzuda maarifləndirici tədbirin Tərtər rayonunda icrasına görə icra başçısı adından layihə rəhbəri Lamiyə İsazadəyə təşəkkürünü bildirib. Tədbirdə Təhsil Şöbəsindən Metod kabinetin sədri İntiqam Nuruyev, təhsil şöbəsinin əməkdaşları, məktəb və baxça müəllimləri, psixoloqlar məişət zorakılığı mövzusunda öz fikirlərini ifadə ediblər. Tədbirdə uşaqları və gəncləri zorakılıqdan, intihardan necə qorumaq haqqında geniş mükazirələr aparılıb.

Layihə çərçivəsində dörd şəhər və rayonda “məişət zorakılığı” mövzusunda tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bakı, Gəncə və Tərtərdə rayonunda tədbirlər icra olundu, yekun tədbir isə oktyabr ayında Şəmkir şəhərində təşkil olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR