İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtər sakinini rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən şəxs saxlanılıb

558 07.05.2019 12:33 Ölkə A A

Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Tərtər rayon sakini A.Abdullayev mayın 6-da həmyerlisi Teyyub Əliyevin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musvat.com-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilən əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən T.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun A.Abdullayevdən aldığı 1000 manat pul maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR