İnsanlara hürriyət, millətlərə istiqlal!

“Terroru dəstəkləyən bu naxələflərlə hər cür mübarizəyə hazır olmalıyıq”-polkovnikdən çağırış

541 27.04.2023 17:30 Siyasət A A

 

“Məncə, biz artıq birdəfəlik yadda saxlamalıyıq ki, Ermənistan terroru və separatizmi dəstəkləyən bir ölkədir. Onlar bu əməllərindən zərrə qədər əl çəkməyəcəklər, necə ki, zaman-zaman bu hərəkətlərini nümayiş etdirirlər”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bunu Musavat.com-a açıqlamasında bildirib. Ekspert deyib ki, aprelin 25-də İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı həqiqətən də ermənilərin əsli mahiyyətini ortaya qoyur: “Onlar hətta idman oyunları zamanı bu naqis addımlarından belə əl çəkmirlər. Yaxın həftələrdə İrəvanda keçirilən beynəlxalq futbol oyununda da onlar bir daha fürsətdən istifadə edib, öz çirkin niyyətlərini ortaya qoymuş oldular. Necə deyərlər, bu, ermənilər tərəfdən nə birincidir, nə də sonuncu. Bir terror təşkilatının üzvünə və ya təşkilatın özünə önəm verən bir dövlətdən biz başqa bir addım və ya əməl də gözləməməliyik. Artıq bir əsrdən çoxdur ki, Ermənistan və ona havadarlıq edən yaxın və uzaq dövlətlər bu ölkəni terrorçuluqdan çəkindirmək əvəzinə, onlara zərrə qədər təsir etmək istəmirlər. Düşünürəm ki, bundan sonra da heç nə etməyəcəklər. Necə ki, 30 ilə yaxın biz Qarabağ məsələsində belə bir münasibətin və mövqeyin şahidi olduq”.

Ü.Cəfərov hesab edir ki, işimizi möhkəm qurmalı və terroru, terorçuluğu dəstəkləyən bu naxələflərlə hər cür mübarizəyə hazır olmalıyıq: “Qarabağda qalan silahlı erməni hərbçiləri nə qədər ki ərazilərimizdən rədd olub getməyiblər, onlar bizim həm hərbçilərimiz, həm də Qarabağ iqtisadi rayonunda infrastrukturun qurulmasında iştirak edən mülki insanlarımız üçün çox böyük təhlükədirlər. Sərhəddə qurduğumuz sərhəd-nəzarət məntəqəsinin fəaliyyətə başlamasından sonra onlar çox narahatdırlar. İndi onların seçim zamanıdır. Ya Azərbaycan qanunlarına tabe olmalı olacaqlar, ya da aqibətləri yaxşı olmayacaq. Bu yaramazlar öz “qəhrəmanları” Njdenin yolu ilə getməkdə israrlı görünürlər. Elə ona görə də hər addımda bu terorçunun adının saxlanılması üçün gah ona qondarma heykəllər ucaldır, gah da adına küçə və prospektlər salırlar”. Polkovnik əmindir ki, bunlar müvəqqətidir: “Artıq dünya əsl qəhrəmanları Njde kimi başkəsəndən və quldurbaşıdan ayırd etməyi bacarır. Bu işdə biz də ermənilərə müəyyən qədər informasiya cəbhəsində dəstəyimizi verməliyik. Yəni, onların iç üzünü açıb göstərməliyik”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR