İnsanlara hürriyət, millətlərə istiqlal!

“Terrorçuların “islamçı” adlandırılması yanlışdır” - Fransanın xarici işlər naziri, FOTOLAR

2148 14.01.2015 17:07 Dünya A A

“The Associated Press” agentliyinin xəbərində deyilir ki, məscidə odsaçan bomba və donuz başı atılıb. Küçələrdə müsəlman qaydalarına uyğun geyimdə olan qadınlar təhqir olunublar. İnternet məkanı müsəlmanlara yönəlmiş hədələrlə aşıb-daşır. 

Avropada yaşayan müsəlmanlar “Charlie Hebdo” satirik jurnalında baş vermiş terror hadisəsindən sonra təzyiqlər altında əzilir. 

Rəsmi mənbələr agentliyə bildiriblər ki, terror hücumundan sonra keçən 6 gün ərzində Fransada 60 dəfə müsəlmanlara qarşı yönəlmiş hücum və hədə qeydə alınıb. 

Avropanı ağuşuna almış qorxu atmosferi orada yaşayan milyonlarla sülhməramlı müsəlmanı bir ovuc ekstremistin girovuna çevirib. 

 In this Monday, Jan. 12, 2015 file photo, demonstrators bear flags of several European countries during a rally of the group Patriotic Europeans...

Abdullah Zerki İslamofobiyaya Qarşı Milli Müşahidə Mərkəzinin rəhbəridir. O, agentliyə bildirib ki, sözügedən terror aktından sonra Fransada 26 məscidə hücum olub: “Məscidlərə odsaçan bombalar və donuz başı atılıb. Məscidlərin naməlum silahlılar tərəfindən atəşə tutulması da qeydə alınıb. Le Mansdakı məscidə isə 4 ədəd əl qumbarası atılıb. Bundan başqa, müsəlmanların 34 dəfə təhqir olunması və hədələnməsi barədə məlumat daxil olub”. 


“İslam terrorçuların dini deyil, sadəcə, həmin insanlar öz dinlərinə də xəyanət etmiş adamlardır”. Bu fikirləri söyləyən Fransanın xarici işlər naziri Laurent Fabiusun baş verənləri “barbarlıq aktı” kimi dəyərləndirib. 

Nazir bildirib ki, “islam sülh dinidir” və  terrorçularla bağlı gedən söhbətlərdə bu qatillərin “islamçı” adlandırılaraq, belə təqdim olunması doğru deyil. 

FILE - In this Friday Dec. 26, 2014 file photo, people place flowers and cards outside a cellar mosque after a fire by a suspected arsonist, in...

Sosialist deputat Patrik Menneki deyib ki, Fransada 5-6 milyon müsəlman yaşayır: “Onların içində yalnız min nəfər var ki, terror düşüncəsinə bağlıdır. Biz insanları damğalamaqdan çəkinməliyik”. 

Agentlik qeyd edir ki, Avropada millətçilər getdikcə daha çox önə çıxırlar. Onlar siyasi arenada anti-mühacir və anti-islam şüarları ilə populyarlıq qazanırlar. 


Fransanın Milli Cəhbə Partiyasının rəhbəri Marine Le Pen “Charlie Hebdo” ya hücumdan bir saat sonra bəyan edib ki, “Baş verənlər bizim illər uzunu söylədiyimizin təsdiqi kimi ortadadır”. 

Almaniyada isə “Qərbin İslamlaşmasına qarşı olan Vərtənpərvər Avropalılar” bu günlərdə Drezdendə 40 min nəfərin iştirakı ilə mitinq keçirib. Həmin mitinqdə Fransada baş vermiş terror hadisələri anılıb. Bu tendensiya bütövlükdə Avropda güclənməkdədir. 

Elbəyi Həsənli 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR