İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərkibində yaşıl çaydan 137 dəfə çox antioksidant var

4225 25.02.2024 18:04 Yaşam A A

Matça çayı min ildən çoxdur istifadə olunur. Yaponiyada budistlərin konsentrasiyanı gücləndirmək və bədəni təmizləmək üçün meditasiyadan əvvəl içdikləri matça hazırda daha populyardır.

Matçanın ən əhəmiyyətli faydalarından biri hər qurtumda bədəni meqa dozada antioksidant ilə təmin etməsidir.

Elmi araşdırmalara görə, matçanın tərkibində yaşıl çaydan 137 dəfə çox antioksidant var. Mütəxəsislər 1 stəkan matça çayının 10 stəkan yaşıl çaya bərabər olduğunu bildirirlər. Tərkibindəki maddələr sayəsində xərçəngdən qoruyucu təsirə malikdir.

Çaylar arasında ən çox “L-Theanine” ehtiva edən matça beyin funksiyalarının inkişafı üçün də çox əhəmiyyətlidir. “L-Theanine” beyində alfa dalğalarını gücləndirir, beləliklə yaradıcılığı artırır.

Matça həm də zehni sakitləşdirir və bədəni rahatlaşdırır. C vitamini, selenium, xrom, sink və maqnezium mənbəyi olan bu çay xolesterolu və qan şəkərini azaldan təsirə malikdir.

1 stəkan matça çayının tərkibində 30 mq kofein var. Yəni tərkibindəki kofeinin miqdarı qəhvədən azdır. “L-Theanine” sayəsində kofein daha yavaş sorulur. Beləliklə, kofeinin müsbət təsirləri daha uzun müddət davam edir.

Son illərdə aparılan başqa bir araşdırmaya görə isə matça çayı fiziki dözümlülüyü 4% artırır.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR