İnsanlara hürriyət, millətlərə istiqlal!

TELEKANALLARDA “QARA PİAR” MONİTORİNQİ APARMAQ “SİYASİ MƏSƏLƏ” İMİŞ...

1059 27.08.2010 07:43 Media A A
MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov “Yeni Müsavat”a açıqlamasında “qara piar”la bağlı telekanallarda monitorinq aparılmadığını dedi. Onun sözlərinə görə, qurum sadəcə “Televiziya Yayımı haqqında” Qanunun pozulmasını aşkarlamaq üçün monitorinqlər gerçəkləşdirir: “Bu, şuranın səlahiyyətləri çərçivəsindədir. Ona görə də bu cür monitorinqlər keçirmək bizim gündəlik işimizdir”.
T.Məmmədov dedi ki, “qara piar”la bağlı monitorinq onların işinə aid deyil, çünki bu, “siyasi məsələdir”. Müsahibimiz həmçinin bu sayaq monitorinqləri “özəl televiziyaların peşə yaradıcılığına qarışmaq” da adlandırdı. MTRŞ sədrinin köməkçisinə bunun sırf peşəkarlıq, peşə norması ilə bağlı məsələ olması, təmsil etdiyi qurumun isə bu məsələni nəzarətdə saxlamalı olduğu arqumentini xatırladanda isə aşağıdakıları dedi: “Ümumiyyətlə, bizim telekanallarda ”qara piar"la bağlı problem yoxdur. Bu günə qədər də olmayıb. Ona görə də araşdırmağa ehtiyac görmürük".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR