İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbə yataqxanasından qız qaçıran sılahlı şəxs tutuldu - Foto

2158 14.10.2016 04:57 Dünya A A
Türkiyədə tələbə yataqxanasından qız qaçıran şəxs tutulub. 

Musavat.com-un məlumatına görə, Birol Ç. əlində silahla yataqxanaya girib və ikinci mərtəbəyə çıxıb.  O, sevgilisini silahla qorxudaraq qaçırıb. Hadisə Zonquldakın Kozlu rayonunda, Nəsibə Xatun qız tələbə yataqxanasında baş verib. 

Birol Ç. əvvəlcə saxlanılsa da bir gün sonra sərbəst burazılmışdı. Bundan sonra tələbə qızlar yataqxananın qarşısında aksiya keçirmiş, təhlükəsizlik tədbirinin alınmasını tələb etmişdi. Rayon polis idarəsinin rəisi Osman Ak hadisəyə əl qoyduqdan sonra aksiya sona çatmışdı. 

Son məlumata görə, Birol Ç. yenidən saxlanılıb və məhkəməyə çıxarılıb. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib. 

Qeyd edək ki, bu hadisə eyni yataqxanada artıq ikinci qız qaçırma hadisəsidir. Xatırladaq ki qaçırılan qızlar 16 yaşında olub.


Musavat.com


Son dakika: Yurttan kız kaçıran adam tutuklandı!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR