İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏHSİL NAZİRLİYİ SAXTA DİPLOMLARLA BAĞLI YENİ ARAŞDIRMALAR BAŞLADI

6791 16.02.2012 10:43 Ölkə A A
Məlumatda bildirilir ki, bazanın yaradılması işəgötürənlər üçün çox əhəmiyyətlidir. “Saxta diplomlar olduğu üçün hazırda işəgötürənlər həmin sənədin həqiqi olub-olmadığını öyrənmək istəyirlər. Bunun üçün işəgötürənlər çox tez-tez nazirliyə müraciət edirlər. Son vaxtlar isə bu müraciətlərin sayı daha da artıb. Amma artıq yeni yaradılacaq baza vasitəsilə işəgötürənlər özləri işə qəbul olunmaq üçün müraciət edən şəxsin diplomunun saxta olub-olmadığını öyrənə biləcəklər”,- deyə məlumatda qeyd olunub (Trend). Yeni üsulun tətbiqi zamanı işəgötürən diplom ona təqdim edildikdə bazaya daxil olub baxacaq ki, diplom həqiqidir, ya yox. Bazada yoxlanılan zaman da saxta diplomun nömrəsi ya hansısa qanuni diplomun nömrəsi ilə üst-üstə düşəcək, ya da ümumiyyətlə, bazada həmin seriyalı diplom olmayacaq. Diplom bazasının bu ilin sonunadək hazır olacağı gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl özəl universitetlərin arayışı ilə işləyən müəllimlərlə bağlı yeni araşdırmaların başlandığı bildirilirdi. Belə ki, orta məktəblərdə müəllimləri müsabiqədənkənar işə qəbul etmiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə bağlı təkliflər hazırlanır. Vaxtilə özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların müvafiq sənədləri də bir daha araşdırılacaq. Nazir Misir Mərdanovun yerli təhsili idarəetmə orqanlarının və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumtəhsil müəssisələrinin rəhbərlərinə bununla bağlı tapşırıq verdiyi bildirilir. Nazirin əmrinə əsasən, adıçəkilən qurumlar bu günədək təhsil sənədi olmayanlarla əmək müqaviləsinin ləğvini təmin etməlidir. Ötən illər ərzində təhsil sənədi almış bu kateqoriyadan olan pedaqoji işçilərin diplomları araşdırılmalı və nazirliyə yazılı məlumat təqdim edilməlidir. Araşdırma nəticəsində təsdiq olunmuş faktlar əsasında saxta diplomla, habelə lisenziyası olmadan fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomla müəllim işləyənlərlə əmək müqaviləsinin ləğvi barədə rayon təhsil şöbələrinə və müvafiq təhsil müəssisələri rəhbərlərinə məktub göndərilməlidir. Bununla yanaşı, 1992-ci ildən etibarən xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomlarının nostrifikasiya edilməsi (ekvivalentliyinin tanınması) məqsədilə mövcud qaydada müvafiq sənədlərin nazirliyə təqdim olunması istiqamətində tədbirlər görülməlidir. Əmrdə göstərilir ki, müxtəlif kursların vəsiqələri ilə işləyən şəxslərlə bağlanmış əmək müqavilələri ləğv olunmalıdır. Ölkədə müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik Kadr Təminatı və Təlim Mərkəzinin yaradılması da nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin oktyabrından Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diplomlarını yoxlamağa başlayıb. Respublikanın 25 rayonunda saxta diplomlarla bağlı araşdırma aparılıb və nəticədə yüzə yaxın bu cür diplomlu müəllim aşkarlanıb. Ancaq az sonra diplomlarının saxta hesab edilməsi ilə bağlı işdən uzaqlaşdırılan və bununla əlaqədar Cəlilabad Rayon Məhkəməsinə müraciət edən müəllimlərin böyük bir qismi işlərinə bərpa olundular. 76 şikayət üzrə məhkəməyə müraciət edən təhsil işçilərinin bir qismi əvvəllər Neftçalada fəaliyyət göstərən Qızlar Kollecinin 1992-93-cü tədris illəri üzrə məzunları, fəaliyyəti dayandırılan digər texnikum və kolleclərin məzunları olub. Onlar oxuduqları təhsil müəssisələrinin Təhsil Nazirliyi tərəfindən qeydiyyatda olması ilə bağlı sənədlər təqdim ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR