İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏHSİL NAZİRLİYİ MƏKTƏBLƏRDƏ SEÇKİ SAXTAKARLIĞINA HAZIRLIQLA BAĞLI DEYİLƏNLƏRƏ MÜNASİBƏT BİLDİRİLDİ

795 05.11.2010 09:44 Ölkə A A
Ötən gün redaksiyamıza zəng edən valideyn də bu haldan şikayətləndi. Valideyn bildirdi ki, hamıya tapşırıq verilib ki, S.Vəliyevaya səs versinlər: “Bu həftə məktəbdə valideyn iclası olacaq. Uşaqlara tapşırıblar ki, hamının valideyni bir nəfər kimi gəlsin. Seçki ilə bağlı tapşırıqlar veriləcək. Uşaqlara onu da deyiblər ki, kimin valideyni gəlməsə, onlara attestat verilməyəcək”. Maraqlıdır bununla bağlı Təhsil Nazirliyinə hər hansısa bir məlumat daxil olubmu?
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə nazirliyə heç bir şikayət daxil olmadığını dedi: “Bununla bağlı bizdə heç bir məlumat yoxdur. Biz seçki məsələsinə qarışmırıq. Bizim işimiz ancaq tədrislə bağlıdır. Qaldı ki,  məktəblərə göstəriş verilməsinə, məktəblərə nazirlikdən başqa heç kimi göstəriş verə bilməz. Biz də yalnız tədrislə bağlı göstəriş verə bilərik. Mən inanmıram ki, belə hadisə baş versin. Fikrimcə, bu şayiədir. Seçki günü hamı gedib istədiyi namizədə səsini verəcək. Məktəb direktorları bu işə qətiyyən qarışmırlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR