TƏHSİL NAZİRLİYİ 257 SAYLI ORTA MƏKTƏBLƏ BAĞLI XƏBƏRƏ AYDINLIQ GƏTİRDİ
Onun sözlərinə görə, direktor şagirdlərə deyib ki, kim pul verməsə imtahanda iştirak edə bilməyəcək: “Kağızda şagirdlərin hansı məktəbdə imtahan veriləcəyi yazılıb. Direktor şəxsən özü uşaqlara deyib ki, kim 7 manat verməsə imtahana gəlməsin. Sinif rəhbəri Yelena Aleksandrova çox gözəl insandı. Yəqin ki, pul yığmağı direktor tələb edib ki, o da uşaqlardan istəyib. Məktəbin direktoru Karat müəllim bundan əvvəl də cürbəcür bəhanələrlə uşaqlardan pul yığdırıb. Mən bir valideyn olaraq maraqlanmaq istəyirəm ki, bu, Təhsil Nazirliyinin tapşırığıdır, yoxsa direktor özü üçün yığır?”
Məsələ ilə bağlı ötən gün Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə ilə danışdıq. B.Hüseynzadə məsələni araşdırandan sonra belə bir halın baş vermədiyini bildirdi: “Bu cür yalan informasiya verənlər qərəzli insanlardı. Axı necə ola bilər ki, nazirliyin göndərdiyi imtahan vərəqəsini uşağa pulla satsınlar. Bu, tamamilə absurddur. Əgər belə bir hal varsa, gəlib imtahan vərəqəsini nazirlikdən götürsünlər. İnanmıram ki, hansısa bir məktəbdə bu cür hal baş versin”.