İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran neft emalı zavodunda yanğın baş verib, ölən və yaralananlar var

618 27.10.2017 21:18 Son xəbər A A

Tehran neft emalı zavodunda yanğın baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün axşam Tehranın Şəhid Tondquyan neft emalı zavodunda baş verən yanğında 6 nəfər həlak olub, 2 nəfər ağır yaralanıb.

Hadisəyə zavodun sexlərinin birində baş vermiş sızma səbəb olub. Ağır yanıq xəsarətləri alan iki nəfər xəstəxanaya çatdırılıb. Hazırda yanğın söndürülüb, hadisə ilə bağlı xüsusi komissiya yaradılıb. İranın neft nazirinin müavini hadisə yerinə gəlib.

Qeyd edək ki, Tehran neft emalı zavodu təqribən 50 ildir ki fəaliyyət göstərir. Zavod Tehranın 15 kilometr cənubunda yerləşir. Zavodun sutkada 250 min barel neft emal etmə potensialı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR