“Azərbaycan Prezidenti Əliyev əvvəlcə Moskvaya zəng etdi, torpaqları geri qaytarmayacağını, lakin dayandırmağa, davam etdirməməyə hazır olduğunu bildirdi”.
Virtualaz.org bildirir ki, bunu Qarabağdakı separatçı rejimin “Təhlükəsizlik Şurasının” (bu və sonrakı dırnaqlar bizimdir-virtualaz.org) katibi Samvel Babayan "Azadlıq" radiostansiyasına müsahibəsində Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Azərbaycanın, Ermənistan-Azərbaycan sərhədində barışığa dair yeni sazişin hazırlanması təşəbbüsü ilə bağlı bu yaxınlarda verdiyi bəyanatları şərh edərkən deyib.
Xatırladaq ki, Azərbaycan Ermənistanın sabiq dövlət başçısının yanlış bəyanatlarını təkzib edib. Azərbaycanın ardınca eks-prezidenti Samvel Babayan da təkzib edir.

S.Babayan S.Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məxfi sənədi imzalamağa hazır olduğuna dair sensasion bəyanatla çıxış edib: "O nə deyir desin, bu gün bizim əlimizdə onların ətrafında danışıqlar apardıqları sənədlər var. Çox aydın və dəqiq şəkildə deyilir ki, biz 5 rayonu, sonra iki rayonu, sonra bir dəhlizi qaytarırıq, amma Qarabağ münaqişəsinin həlli görünmür. Və bunun üçün qoşun yeridirlər. İndi mən sual verirəm: bu güzəştdir ya güzəşt deyil, bu xəyanətdir ya yox?..
Əgər onları, hansı danışıqların aparıldığı barədə bu gün bizdə olan məxfi sənədlərin dərci maraqlandırırsa, biz bunu da dərc etməyə hazırıq, amma bu, milli maraqlarımızın zərəridir, ona görə də bu barədə danışmırıq. Mən sadəcə insanların ağızlarını bağlamalarını xahiş edirəm, daha danışmayın...
Əgər kimsə daha yaxından tanış olmaq istəyirsə, onlar mənim əlimin altındadır, Təhlükəsizlik Şurasına gələ bilər, biz onları tanış edərik ki, onlar hansı danışıqları aparıblar, hansı sənədə hazır idilər, harada imzalamalı idilər və nə üçün “Qarabağ Konstitusiyası”nı dəyişdilər, "Prezidentin ömrünü" üç il müddətinə uzatdılar".






