TƏCİLİ YARDIM STANSİYASI İLƏ BAĞLI REPORTAJ REAKSİYA DOĞURDU
S.Bəşirova öncə məqalədə yazdığımız 12 milyon məsələsindən danışdı. Xatırladaq ki, müxbirimiz hazırladığı reportajda iki il öncə prezidentin sərəncamı ilə təcili tibbi yardım xidmətinin inkişafı üçün ayrılmış 12 milyon manatın hara və necə xərcləndiyini araşdırmağa çalışmışdı.
Baş həkim müavini dedi ki, səhiyyəyə ayrılan 12 milyon maliyyə vəsaiti təcili tibbi yardım xidmətində rabitənin inkişafına xərclənib: “Həmçinin həmin məbləğə 135 müasir standartlara uyğun təcili yardım maşınları almışıq. Maşınların salonlarında ən bahalı və müasir tibb avadanlıqları quraşdırılıb. Tibb personalına xüsusi formalar alınıb, həkimlərin istifadə etdiyi tibbi çantada bütün lazımi dərmanlar var. Ən ağır xəstəyə belə yardım etməyə bizdə hər cür imkan var. Ayrılan 12 milyonun içində təmirə pul nəzərdə tutulmayıb. Təmirə Səhiyyə Nazirliyi tərəfindən pul ayrılır. Bunlar da hissə-hissə edilir. İndiyədək 20 köməkçi stansiyada, 19 filialda, 1 mərkəzi idarədə və 103 xidmətində təmir işləri başa çatıb. Sizin reportaj hazırladığınız filialımız da təmir olunacaq”.
S.Bəşirova təcili yardım stansiyasının divarlarının uçuq-sökük olması haqda yazdıqlarımıza da reaksiya verdi: “Binanın vəziyyətinin heç də yaxşı olmadığını biz görürük və bunu təsdiq də edirik. 2010-cu ildə sözügedən məntəqə təmir ediləcək”.
Suğra xanım reportajda gedən “dərman şkafları boşdur” fikri ilə razı olmadığını bildirdi: “Çünki biz o dərmanları şkafda açıq şəkildə saxlamırıq. Dərmanlar həkimlərin çantasında olur. Həmin dərmanlar 5 xəstəyə eyni anda yetəcək qədərdir. Şkafda şoka qarşı olan dərmanlar saxlanılır”.