İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Şahramanyanın GİZLİ MƏKTUBU yayıldı: kimləri SATDI, kimləri İFŞA ETDİ – detallar CANLIda

1131 14.11.2023 13:20 Son xəbər A A

Hazırda Ermənistanda olan keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyan Ermənistanın baş prokuroru Anna Vardapetyana məktub yazıb. Sözügedən məktubun prokurorluq tərəfindən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə göndərildiyi bildirilir.

Şahramanyan məktubda qondarma rejimin bəzi “rəsmilərinin” törətdiyi əməllərin cinayət hesabatı kimi qəbul olunmasını xahiş edib.

O bildirib ki, “artsaxın hakimiyyət orqanları” “məmurlar” tərəfindən törədilən mümkün sui-istifadə hallarının aşkar edilməsində və təqsirkarların məsuliyyətə cəlb olunmasında maraqlıdır.

Qeyd edək ki, İrəvanda 44 günlük müharibəni araşdıran istintaq komissiyası S.Şahramanyanın Vətən müharibəsi və antiterror əməliyyatları ilə bağlı dindirilməsi üçün ona dəvət məktubu göndərib. Şahramanyanın komissiyaya ifadə verməyə gedib-getməyəcəyi məlum deyil. Onun bu dəvətdən sonra baş prokurora müraciət məktubu ünvanlaması diqqət çəkib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.20-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Elxan Şıxəliyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR