İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Rusiya Qarabağı tərk edir – ermənilərdən SON DƏQİQƏ açıqlaması – Qabil Hüseynli ilə CANLIda

1347 19.07.2023 14:10 Gündəm A A

“Rusiya artıq Qarabağdan çıxacağına dair siqnallar verməyə başlayıb”.

Bunu tanınmış erməni rejissor, siyasətçi Tiqran Xzmalyan deyib.

O bildirib ki, Rusiyanın bölgədən çıxışı qaçılmazdır: “Son bəyanatlardan belə görünür ki, Rusiya regionu tərk edir. Bunu Ukraynadakı məğlubiyyətlə də əlaqələndirmək olar. Türkiyə Prezidenti 1918 və 1991-ci illərdə olduğu kimi, 2025-ci ildə də Rusiyanın bölgədən çıxacağını bildirərək buna eyham vurmuşdu. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkonun Moskvanın Azərbaycanın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşdığı ilə bağlı bəyanatı da buna nümunədir. Moskva 2020-ci ildə Qarabağın Azərbaycana məxsus olduğunu elan etmişdi və 3 il sonra Ermənistan da tanıdı. Rusiyanın bölgədən çıxması artıq qaçılmazdır. Amma məsələ bununla bitməyəcək. Rusiya Gümrüdən 102-ci bazanı da çıxaracaq”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Qabil Hüseynli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR