İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Qəzzada yeraltı tunellər PARTLADILIR, 2000 PKK-çı döyüşür - Efirdə İsrail-Fələstin debatı…

1697 03.11.2023 15:55 Son xəbər A A

İsrail Qəzza zolağında əməliyyatı genişləndirib. Musavat.com xəbər verir ki, Qəzza zolağında HƏMAS və digər qruplaşmalara aid yeraltı tunelləri partladır.

Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 9 227 nəfərə çatıb, 23,5 mindən çox insan yaralanıb. Musavat.com xəbər verir ki, bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb. Qəzza zolağında həlak olanların azı 3 826-sı uşaqdır.

“İsrail işğal altında olan Qəzza bölgəsinə apardığı PKK terrorçularına 2200 dollar ödəyəcək. “Peşmərgə” isə hazırda İsrail tərəfdən vuruşmaq üçün hərbçi toplamaqla məşğuldur”. Belə bir iddia ilə Türkiyənin aparıcı nəşrlərindən olan “Türkiye Gazetesi” çıxış edib. Nəşr öz mənbələrinə istinadla yazır ki, İsrail müharibə zamanı ölən və yaralanan PKK terorçularının hər birinə 25 min dollar təzminat ödəyəcək.

Məlumata görə, HƏMAS-ın tunellərinə girib çıxa bilməyəcəyini anlayan İsrail Qəzzaya mümkün quru hücumunda PKK terrorçularından istifadə etməyi planlaşdırır. Bu plan çərçivəsində Avropa, İraq, Suriya və ABŞ-dan 2000-ə yaxın terrorçu və muzdlu əsgərin 3 təyyarə reysi ilə İsrailə köçürüldüyü bildirilir.

HAMAS bir aya yaxındır saxladığı bütün girovların “tam kompromis” (“hamının hamıya”) prinsipi əsasında azad edilməsinə hazırdır. ABŞ-ın NBC News telekanalına açıqlamasında HAMAS-ın Siyasi Bürosunun üzvü Qazi Həməd deyib. Bununla belə, o İsrailin bunun qarşılığında öz həbsxanalarındakı bütün məhbusların azad edilməsini rədd edəcəyinə əmin olduğunu bildirib.

“Biz bu insanların evlərinə getmələrini istəyirik. Biz həmçinin, öz girovlarımızın evlərinə qayıtmalarını istəyirik. Ona görə də, mən düşünürəm ki, biz hərbi və ya mülki bütün girovları qəbul etmək üçün indi tam kompromisə, tam razılaşmaya hazırıq”, - Həməd deyib.

TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun moderatorluğu ilə Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı və AĞ Partiya başqanının müşaviri Azər Hüseynov Yaxın Şərqi müzakirə edirlər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR