İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Putinin Ukrayna ilə bağlı yeni planları üzə çıxdı! Deputat Fazil Musatafa ilə “Canlı debat”

1068 11.05.2022 11:41 Gündəm A A

ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibə yaxın aylarda “daha gözlənilməz xarakter alacaq və gərginləşəcək”. Bu barədə ABŞ Konqresinə Milli Kəşfiyyatın direktoru Avril Heyns bildirib.

Heyns Putinin işğalının növbəti mərhələsinin acınacaqlı və qeyri-müəyyən mənzərəsini təsvir edib.
O bildirib ki, Putinin növbəti addımını qismən proqnozlaşdırmaq çətin olacaq, çünki “Rusiya prezidenti öz ambisiyaları ilə ordusunun hazırkı imkanları arasında uyğunsuzluqla üzləşib”.

Heyns deyib ki, Ukraynadakı vəziyyət prezident Putinin daha qətiyyətli addımlar atması ehtimalını artıra bilər.

Onun sözlərinə görə, ABŞ kəşfiyyatı Putinin Rusiyanın mövcudluğuna təhlükə hiss etməsə, onun nüvə silahından istifadə edəcəyinə inanmır.
ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəhbəri, general-leytenant Skott Berrier də deyib ki, Vaşinqton Rusiyanın nə vaxtsa taktiki və ya nüvə silahından istifadə edəcəyini gözləmir.
Avril Heyns həmçinin bildirib ki, Putinin məqsədləri Donbasdan çox-çox kənara çıxır.
“Onlar uğur qazansalar belə, Donbasdakı döyüşlərin faktiki olaraq müharibəni bitirəcəyinə əmin deyilik”.

Onun sözlərinə görə, qısa müddətdə Putin Donetsk və Luqansk vilayətlərini tam işğal etmək, Xerson şəhərinə nəzarəti ələ keçirmək və potensial olaraq Moldovadakı tanınmamış Dnestryanı bölgəsinə quru yolunu genişləndirmək istəyir. Amma kəşfiyyat hesab edir ki, Dnestryanıya çatmaq üçün Putin Rusiya daxilində tam səfərbərlik aparmalı olacaq, o isə hələ bunu etməyib.

“Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyişə davam edə biləcəklərinə inandıqlarına görə, ən azı qısamüddətli perspektivdə əlverişli danışıqlar yolu görmürük”, - deyə Heyns bildirib.

Erməni xalqı cinayətkar Sərkisyan-Köçəryan cütlüyünə qarşı – ziyalılar sülh bəyanatında səmimidirmi?

Ermənistanda bir qrup ziyalı bəyanat yayaraq, sülhə alternativ olmadığını bəyan ediblər. Onlar hesab edir ki, müharibə tərəfdarları, revanşistlər ölkəni fəlakətə aparırlar. Faktiki olaraq onlar hazırda Ermənistanda aksiyalar keçirən “müharibə partiyalarına” – Sərkisyan-Köçəryan qruplaşmasına qarşı sərt mövqe sərgiləyirlər. Xalqı onların arxasınca getməməyə səsləyirlər. Bəyan edirlər ki, müharibə tərəfdarları özü Azərbaycanla, Türkiyə ilə döyüşən deyillər, onların pafosuna uymaq lazım deyil. Bildirirlər ki, qonşularla sülh şəraitində yaşamaqdan başqa erməni xalqının çıxış yolu yoxdur.

Əslində, müharibə bitən kimi Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında erməni xalqına daha da böyük fəlakətə düçar olmamaları üçün konsepsiyanın nədən ibarət olmasını duyurmuşdu. De-fakto Sərkisyan-Köçəryan qruplaşması zaman-zaman Azərbaycana qarşı törətdiyi cinayətlərlə yanaşı, erməni xalqına qarşı da cinayətlər törədib. Faktiki olaraq erməni xalqının bugünkü duruma düşməsi də onların cinayətlərinin nəticəsidir. Faktiki olaraq Köçəryan-Sərkisyan cütlüyü erməni xalqının düşmənidir.
Erməni xalqı ziyalılarını dinləyəcəkmi? Başqa yolları olmadığının fərqinə varırlarmı?

Bu və gündəmdəki digər xəbərləri bu gün millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazul Mustafa ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR