İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putini qəzəbləndirən HƏMLƏ - Zelenski istədiyini aldı

2159 20.05.2023 16:44 Dünya A A

ABŞ administrasiyası Qərb müttəfiqlərinə Amerika istehsalı olan F-16 təyyarələri də daxil olmaqla qabaqcıl döyüş təyyarələrinin Ukraynaya tədarük edilməsinə icazə verəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın sözlərinə görə, prezident Co Bayden cümə günü Yaponiyada keçirilən sammitdə qərarla bağlı “G7-dəki tərəfdaşlarını məlumatlandırıb”. 

Sallivan, həmçinin qeyd edib ki, ABŞ əsgərləri ukraynalı pilotlara reaktiv təyyarələrdən istifadə etməyi öyrədəcək.

Kiyev uzun müddətdir ki, Qərb müttəfiqlərindən qabaqcıl döyüş təyyarələri istəyirdi. Bu səbəbdən Ukrayna prezidenti Volodimir Zelenski bunu “tarixi qərar” adlandırıb.

Qanuni olaraq müxtəlif ölkələr Amerika hərbi texnikasını yalnız Vaşinqtonun icazəsi ilə sata və ya yenidən ixrac edə bilər. İndiyədək heç bir ölkə Kiyevə qabaqcıl döyüş təyyarələri verməyib.

Sallivan sammitin keçirildiyi Xirosimada jurnalistlərə deyib ki, ABŞ və müttəfiqləri Ukraynanın bu yaz və yay aylarında hücumu üçün silah sistemləri və təlimlər veriblər ki, bu da Vaşinqtonun Ukraynanın özünümüdafiəsinə uzunmüddətli sadiqliyini nümayiş etdirir.

Zelenski deyib ki, təyyarələr Ukraynanın hava-desant qüvvələrini əhəmiyyətli dərəcədə genişləndirəcək. O, həmçinin bildirib ki, G7 sammitində “planın icrasını müzakirə etməyi səbirsizliklə gözləyir”.

Qeyd edək ki, ABŞ ən azı yaxın perspektivdə Ukraynaya müasir döyüş təyyarələri verməyə şübhə ilə yanaşırdı. Əvəzində quruda hərbi dəstək verirdi. Bəzi NATO üzvləri də Ukraynaya qırıcı təyyarələrin verilməsinin müharibəni qızışdıracağından və Rusiya ilə birbaşa qarşıdurma riskini artıracağından narahat idilər.

Cəmi iki ay əvvəl ABŞ prezidenti Bayden jurnalistlərə açıqlamasında demişdi ki, Ukraynaya qırıcı təyyarələrin göndərilməsinin mümkünlüyündən hazırda söhbət gedə bilməz.

ABŞ siyasətindəki dəyişiklik əhəmiyyətli olsa da, F-16 pilotlarının təlimi vaxt aparacaq.

Ukraynada hazırda döyüş təyyarələrindən daha çox təlim keçmiş pilotlar var, lakin hətta ən təcrübəli qırıcı pilotlarının yeni təyyarələri idarə etmək üçün hazırlanması dörd aya qədər vaxt aparır.

İngiltərə, Hollandiya, Belçika və Danimarka qərarı alqışladıqlarını açıqlayıb.

Danimarka pilotların hazırlanmasına dəstək verə biləcəyini desə də, təyyarə göndərib-göndərməyəcəyini açıqlamayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR