İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Putin səssizliyi pozdu - Rusiyanı DƏHŞƏTƏ gətirən ETİRAF

3316 15.06.2023 08:46 Dünya A A

“Xüsusi hərbi əməliyyat zamanı çox şeyin əskik olduğu ortaya çıxıb”.

Musavat.com “Business Insider”ə (BI) istinadən xəbər verir ki, bu etirafı Rusiya prezidenti Vladimir Putin edib.

“Putin etiraf etdi ki, Rusiya Ukraynadakı müharibə üçün lazım olan atəş gücünə malik deyil. O, Ukraynadakı müharibə üçün kifayət qədər pilotsuz təyyarə, döyüş təyyarəsi və sursata malik olmadığını açıqladı”, - deyən “Business Insider” bunun Rusiyanın hərbi istehsal gücünü artırmasına baxmayaraq, baş verdiyini vurğulayıb.

Rusiya lideri bildirib ki, Moskva bu boşluğu doldurmağa çalışır və Rusiyanın hərbi sənayesi müasir silahların istehsalını intensiv şəkildə artırır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və keçmiş prezident Dmitri Medvedyev isə hədələyici bəyanatla çıxış edib.

Medvedyev Qərbin “Şimal axını” boru kəməri partlayışlarına şərik olduğunu iddia edib və bu səbəbdən Moskvanın sualtı rabitə kabellərini məhv etməsinə mane olmaq üçün “mənəvi sərhədlərin” qalmadığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR