İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! PKK liderindən Kılıçdaroğluna ŞOK DƏSTƏK - Əlimizdən gələni edəcəyik...

1213 22.05.2023 16:51 Dünya A A

14 mayda Türkiyədə keçirilmiş prezident seçkiləri öncəsi bir-birinin ardınca CHP sədri Kamal Kılıçdaroğluna dəstək bəyanatları verən PKK terror təşkilatının liderləri seçkinin ikinci turu üçün də dəstəklərini davam etdirirlər.

Musavat.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bu dəfə terrorçuların lideri Murat Karayılan müxalifət lideri Kılıçdaroğluna dəstəyini fərqli dillə ifadə edib.

Terrorçu Karayılan deyib ki, prezident Ərdoğanın getməsi üçün nə lazımdırsa, edilməlidir:

0 - 2023-05-22T153129.730.jpg (52 KB)

"Məlum olduğu kimi, AKP-MHP-Ergenekon ittifaqı bu 8 il ərzində “Çökmə Planı” əsasında hərəkatımıza, xalqımıza, xalqımızın kimliyinə, əldə etdiyi nailiyyətlərə qarşı hücum həyata keçirir. Bu hücumlarla xalqımızı diz çökdürmək istəyirlər.

Xalqımız indi daha çox iradəsini ortaya qoymalı və öz mövqeyi ilə AKP-MHP faşizminə yol verməməli, faşizmin nəticə verməsinin qarşısını almalıdır. İndi AKP-MHP rəsmiləri bir dənə də olsun Şimali Kürdüstan partizanının (PKK terrorçusu) qalmaması üçün bütün partizanları məhv etməyi planlaşdırıblar. Yenə muxtar idarəni ortadan qaldıraraq, kürd xalqının Rojavada heç bir qazanc əldə etməməsini planlaşdırdılar.

İndi deyirlər, bilmirik, 30 neçə min adam öldürmüşük. Yaşanan bütün itkilərə görə yalnız və yalnız AKP-MHP iqtidarı məsuliyyət daşıyır. Bu nəticələrə görə Tayyib Ərdoğan məsuliyyət daşıyır, başqa heç kim deyil. Bunu belə bilmək lazımdır”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR