İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Paşinyanın komandasında İrəvan SAVAŞI başladı, Əliyev Paşinyana Şuşa çıxışını XATIRLATDI – Sülhəddin Əkbərlə CANLIda

697 03.11.2023 13:30 Son xəbər A A

İrəvan meriyasının tikinti və abadlıq idarəsinin rəisi Xoren Qriqoryan vəzifəsindən azad edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazır.

“Mənbəmizin dediyinə görə, sonuncunun qovulmasına səbəb meriyadakı sektor bölgüsü olub. Qriqoryanın rəhbərlik etdiyi ərazi mer müavini Levon Ovannisyanın nəzarətinə verilib, lakin adıçəkilən iki məmur arasında münasibətlər uzun müddətdir gərgin sayılır”, - deyə yazıda qeyd olunub.
Erməni mətbuatının yazdığına görə, Xoren Qriqoryan Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyanın yaxın adamı sayılır. Onun bundan sonra Papikyanın xaç atası Narek Mkrtçyanın rəhbərlik etdiyi Əmək və Sosial Məsələlər Nazirliyinə işə keçəcəyi gözlənilir.

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Görüşdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev aşağıdakı sözləri ilə Ermənistan baş nazirinə mesaj verdi: Ermənistanın baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Sülhəddin Əkbərlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR