İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Paşinyan Brüsseldə razılaşıb: bu kəndlər qaytarılacaq - Separatçılar qovulur – BAŞLANDI – CANLIda

2088 16.05.2023 11:13 Gündəm A A

Brüsseldə üçtərəfli görüşün yekunu olaraq, Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü tanımaq prinsipinə sadiqliyini təsdiqləyiblər: razılaşmada Ermənistanın 29,800, Azəbaycanın 86,600 kvadratkilometr ərazisi qeyd olunur;

Brüssel razılaşmasından sonra əsas sual işğal altındakı 8 kəndin Ermənistanın dediyi 29,800 kv.km əraziyə daxil olub-olmamasıdır. “Hraparak” nəşri erməni mütəxəssislərinə istinadən yazır ki, Ermənistanın 29,800 kv.km ərazisi Sovet Ermənistanının ərazisidir və bura Azərbaycana məxsus anklavlar – Kərki kəndi və Qazaxın 7 kəndi (Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrlimli) – daxil deyil.

Qeyd edək ki, Kərki kəndi və Qazaxın 7 kəndindən üçü – Sofulu, Yuxarı Əskipara və Bərxudarlı Ermənistan tərəfdə qalan Azərbaycan esklavıdır. Bu ərazilər Ermənistan üçün anklav sayılır. Digər kəndlər - Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara və Xeyrimli sərhədimizə birləşik olsa da, işğal altındadır. Sərhədin delimitasiyası prosesinə bu kəndlərin taleyinin həll edilməsi də daxil edilib. “Hraparak” nəşri bu kəndlərin Azərbaycana qaytarılması prosesinin necə baş verəcəyini Ermənistanın keçmiş baş naziri Hrant Baqratyandan soruşub.

H.Baqratyan bildirib ki, Ermənistanda 4 anklav (Kərki, Sofulu, Yuxarı Əskipara və Bərxudarlı) var: “Onların ümumi ərazisi 30 kvadratkilometrə yaxındır. Ən böyük anklav Kərkidir”. Məlumatlara görə, Brüsseldə bu məsələlər müzakirə olunub və tərəflər həmin ərazilərin qaytarılmasının delimitasiya prosesində həyata keçirilməsi razılığını əldə ediblər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı Canlı debat verilişində eks xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR