İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejimindən Ermənistana BƏXŞİŞ-Tehranın ermənilərə müasir raket kompleksləri verməsi ilə bağlı- ŞOK DETALLAR YENİLƏNİB

6432 07.12.2022 18:47 Son xəbər A A

 

Son günlər mətbuatda İrandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlər haqda xəbərlər yayılıb. Mediada 6 gün ərzində - noyabrın 24 və 30-da Qarabağ bölgəsinə 27 nəfər İran vətəndaşının gəlişi ilə bağlı sübutlar təqdim edilsə də, İran tərəfi məsələyə aydınlıq gətirməyə tələsmir.

Bu arada Musavat.com-a daxil olan sensasiyalı məlumat da İranın Azərbaycana qarşı daha bir məkrli planını üzə çıxarıb.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, iranlı dəstələrin Qarabağa gəlişindən təxminən bir ay əvvəl - oktyabr ayının sonlarında molla rejimi gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Özü də, bu silah -  500 ədəd  “Dehjlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi Ermənistana satılmayıb, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən... hədiyyə edilib!

 gbggbgbgb.jpg (39 KB)

İranın müdafiə naziri Sərdar Əhməd Vahidi “Dehjlaviyeh” raket kompleksi ilə tanış olur

İranlı qruplar haqda məlumat yayılandan dərhal sonra belə bir ehtimal səslənmişdi ki, iranlılar Xankəndiyə hansısa İran istehsalı olan silah-sursatdan istifadə üçün yerli quldur dəstələrinə təlim keçmək məqsədilə gələ bilərlər.

Musavat.com məsələ ilə bağlı şok detalları əldə edib. Belə ki, əldə etdiyimiz məlumata görə oktyabrın 24 və 30-da Ermənistan vətəndaşı Yura Baqdasaryanın idarə etdiyi mikroavtobusla Qarabağa gətirilən İran vətəndaşlarının buradakı qanunsuz erməni silahlı dəstələrə təlim keçdiyi təsdiqlənir.

İranlıların bölgəyə gələcəyi İranla Ermənistan arasında oktyabrın sonlarında - İran istehsalı olan 600 ədəd raket göndərəndən dərhal sonra razılaşdırılıb. Çünki İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən hədiyyə edilmiş “Dehjlaviyeh” və “Almas” tipli raket kompleksindən istifadəni öyrənmək üçün erməni hərbçilərə təlim keçmək tələb olunur. Məhz buna görə raket kompleksləri ünvana çatdırılandan bir ay sonra iranlı dəstələr bölgəyə göndərilib.

Məlumata görə, bir qrup iranlı eyni missiya ilə Ermənistana da gedib, digər qrup isə hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə qalmış hərbi birləşmələrə təlim üçün Qarabağa keçib.

 Onu da qeyd edək ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında  hazırlanıb. İranın özündə bu komplekslər, az qala, dünyada analoqu olmayan, ən əsası isə, molla rejiminin özünə əsas düşmən saydığı ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effketli kompleks hesab edir. Təsadüfi deyil ki, İran hərbi-sənaye kompleksinin nümayəndələri qürurla bildirirlər ki, İraqda döyüşlərdə sınaqdan keçirilmiş “Almas”la “Dehjlaviyeh” İsrailin “Merkava” və ABŞ-ın “Abrams” tanklarını “rahatlıqla” məhv etməyə qadirdir.

Hələ ki, İran susqunluq nümayiş etdirir. Ancaq bu, belə davam edə bilməz. İran tərəfi həm Ermənistana raket hədiyyəsi, həm də Qarabağa göndərdiyi dəstələr haqda məsələyə gec-tez aydınlıq gətirməli olacaq.

Məqalənin ilk yayınlanma vaxtı 07.12.2022, saat 16:00

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR