İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Kiyev, Xarkov, Sumı və Dnepr BOMBALANDI, Ukrayna Rusiya şəhərini VURDU - CANLI

944 23.01.2024 15:48 Dünya A A

Yanvarın 23-də səhər saatlarında Ukraynanın bütün ərazilərində hava hücumu xəbərdarlığı elan edilib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı Murmansk və Kaluqa vilayətlərindəki aerodromlardan Tu-22M3 raketdaşıyıcılarının havaya qalxması barədə məlumat yayıb.

Daha sonra Kiyev, Xarkov, eləcə də Dnepropetrovsk və Sumı vilayətlərində partlayışlar olduğu barədə məlumatlar yayılıb.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, yanvarın 23-nə keçən gecə Rusiya qoşunları qanadlı, ballistik, aviasiya və idarəolunan zenit raketlərdən istifadə etməklə Ukraynaya kütləvi zərbələr endirib. Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsus 41 raketdən 21-ni vurub.

"Rusiyanın Kiyev və Xarkova yeni zərbələri Donetskdəki terror aktına cavab deyil". Kremlin sözçüsü Dmitri Peskov bildirib. "Bizim ordumuz sosial obyektləri, yaşayış məntəqələrini və mülki əhalini vurmur. Bu, bizim ordumuzu Kiyev rejiminin hərbçilərindən əsaslı şəkildə fərqləndirir", - deyə Peskov vurğulayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu milli siyasət üzrə ekspert Sülhəddin Əkbərlə Yaxın Şərqi və Ukraynanı müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR