İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: İlham Əliyevdən səfirliyə hücuma reaksiya: Bunu tələb edirik!- detallar “Canlı debat”da

1608 27.01.2023 13:00 Siyasət A A

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb. Bu barədə dövlət başçısı Tvitterdə paylaşım edib. "Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriram.

Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!", - Prezident bildirib.

Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəminində olduğunu düşünmürük.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.
O söyləyib ki, hücumla bağlı bütün məsuliyyəti İran daşıyır.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Bu mövzunu bütün detalları ilə bu gün saat 13.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və hərbi ekspert Üzeyir Cəfərov mövzunu müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR