İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! David Babayan könüllü olaraq Azərbaycana TƏSLİM OLDU FOTO

5171 28.09.2023 10:06 Son xəbər A A

Qondarma "Artsax" "prezidenti"nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olub.

Musavat.com xəbər verir ki, o bu barədə öz "Facebook" hesabında açıqlama yayıb.

Babayan bildirib ki, artıq Xankəndidən Şuşaya gəlib:

"Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün "Stepanakert"dən Şuşaya getmək qərarına gəldim. Bu qərar, təbii ki, ilk növbədə yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar məni başa düşəcəklər. Mənim peyda olmamağım, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”.

Musavat.com olaraq qeyd edək ki, hələ ki Azərbaycan dövləti tərəfindən bu məlumata rəsmi münasibət bildirilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR