İnsanlara hürriyət, millətlərə istiqlal!

Təcili: "Bütün strukturların rəhbərlərinin fəaliyyəti yoxlanılır" - YAP-çı deputatdan şok açıqlama

1299 15.07.2022 11:37 Ölkə A A


İranın ali rəhbəri ayətullah Əli Xameneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi admiral Əli Şamxani iyulun 15-də Azərbaycana səfərə gəlir. Səfər Azərbaycan Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti əsasında baş tutacaq.

Səfər çərçivəsində Əli Şamxani Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlər, regionda və dünyada baş verən son hadisələrin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, Şamxani ötən həftə İrəvanda olmuş, həm İrəvanda verdiyi bəzi açıqlamalar və bölgəyə səfərini Ermənistandan başlaması ölkəmizdə müəyyən etiraz yaratmışdı. Yəni gec də olsa, bu, balans yaratmaq cəhdi hesab edilə bilərmi? Bir şeyi əminliklə söyləmək olar ki, Tehrana suallar var.
Bəs Bakıda bağlı qapılar arxasında əsas hansı məsələ diqqət mərkəzində olacaq?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz. Qonağımız Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR