İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: ASALA üzə çıxdı və Qarabağa görə bəyanat yaydı - Paşinyanı bitirəcəyik! CANLI

1565 04.11.2023 12:00 Son xəbər A A

ASALA terror təşkilatı yeni video yayıb. Videoda üzü bağlı olan üç terrorçu Qarabağda baş verənlərə görə günahın Nikol Paşinyanda olduğunu və onun cəzalandırılacağını bəyan ediblər.

Musavat.com xəbər verir ki, ASALA-nın adından yayılan bu bəyanat Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Paşinyana qarşı Qarabağla bağlı ittihamlar fonunda 1999-cu il ssenarisinin - parlamentin gülləboran edilməsi - təkrarlana biləcəyi təhlükəsinin olduğu deyilir.

Lakin ASALA terrorçularından olan Vazgen Sislyan bu videonu təkzib edib. Bildirib ki, onlar belə bir bəyanat verməyiblər. V.Sislyan ASALA terror təşkilatının ləğv edilmədiyini də açıqlayıb. Daha sonra ASALA terror təşkilatı da bəyanat yayıb və yayılan videonu təkzib edib.

Bu videonun Paşinyan hakimiyyəti tərəfindən təşkil edildiyi və “iqtidara təhlükə var” görüntüsü yaratmaq məqsədi daşıdığı istisna edilmir. Hərçənd, videonun yayılmasından sonra verilən reaksiyalar ASALA terror təşkilatının hələ də fəaliyyət göstərdiyini təsdiq edir.

ASALA və digər erməni terror təşkilatlarının hədəfi Azərbaycan və Türkiyə olub. Qarabağda erməni separatizminin ləğvindən sonra terror təşkilatının “üzə çıxması” yeni risklərin ola biləcəyi ehtimalını ön plana çıxarır. ASALA-nın xüsusilə xaricdə diplomatlarımızı və diaspor üzvlərimizi hədəfə ala biləcəyi təhlükəsi həmişə mövcuddur.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Oqtay Qasımovla müzakirə aparır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR