İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Araik etiraf etdi: Qarabağ Azərbaycanın tərkib hissəsidir! – Ədalət Verdiyevlə “Canlı debat”

1876 09.03.2023 11:23 Siyasət A A

Xankəndidəki separatçıların rəhbəri Arutyunyanın çıxışı Ermənistanda birmənalı qarşılanmayıb. O bildirib: “Təsəvvür edə bilmirəm ki, İrəvanla bizim (Separatçı rejimin – red.) mövqeləri arasında fərq olsun. Əksinə, əminəm ki, İrəvan Qarabağ məsələsinə gəldikdə, “Qarabağ hakimiyyətinin” mövqeyinə əsaslanır”.

Erməni deputatları və politoloqları Araikin bu çıxışını kəsin tənqid ediblər.

“Belə çıxır ki, o, (Arutyunyan) Ermənistan hakimiyyətinin beynəlxalq birlik nöqteyi-nəzərindən “Qarabağ Azərbaycanın tərkib hissəsidir”, “Qarabağın Azərbaycanın tərkib hissəsi kimi gələcəyi ola bilər” kimi yanaşmalarını təsdiqləyir. Eyni zamanda, Araik İrəvan hakimiyyətinin səsləndirdiyi “Ermənistan artıq Qarabağ ermənilərinin təhlükəsizliyinin qarantı deyil”, “Bir neçə min Qarabağ ermənisinə görə Ermənistanın 3 milyon əhalisi təhlükəyə atıla bilməz” fikirlərilə də razılaşır”, - deyə müxtəlif şərhlər səsləndirilib.

Deputat Tiqran Abramyan isə Qarabağ ermənilərinin (Xankəndidəki separatçılara – red.) “siyasi qüvvələri”nə çağırış edib: “Araikin bu bəyanatı ilə bağlı aydın mövqe bildirilməlidir. Onlar da (Xankəndidəki separatçılar –red.) bu mövqeyi bölüşürlər, ya yox?”

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR