İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBRİZDƏ QAN TÖKÜLDÜ

860 23.05.2009 08:02 Güney hadisələri A A
Təbrizin məşhur “Elgölü” (Şahgölü) parkında və şəhərin mərkəzi küçələrində keçirilən aksiyaya İranın silahlı əmniyyət qüvvələri müdaxilə edib: “Dinc əhaliyə açılan atəş nəticəsində ölənlərin və yaralıların olduğu bildirilir. Azı 20-dək yaralı güneylilər tərəfindən aksiya yerindən uzaqlaşdırılıb. İntizam qüvvələri ağır yaralı olan və öldüyü güman edilən bəzi aksiya iştirakçılarını naməlum istiqamətə aparıblar. Xəbərlərə görə, hakimiyyət ölüm faktorunu gizlətməkdən ötrü onları meydandan uzaqlaşdırıb”.
A.Qaradağlı Xüsusi təyinatlılar milli hərəkat fəallarına hücumu nəticəsində çoxlu sayda soydaşımızı həbs edildiyini də bildirdi: “Onların arasında Təbriz Universitetinin professoru Əlirza Fərşi də var”. GAMOH fəalı dedi ki, günün ikinci yarısında da gərginlik davam edib: “Mərənddə dinc aksiyaçılara atəş açılıb. Yaralıların olduğu deyilir. Urmiyada da vəziyyət gərgindir. Burada da toqquşma olub. Amma təzyiqlərə baxmayaraq, aksiyalar davam edir”. Xəbərə görə, Güney Azərbaycanın bütün şəhərlərində minlərlə CD və bildirişlər yayılıb. Bildiriş və sidilərdə may hadisələrini əks etdirən yazılar və video görüntülər yer alıb. DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumatda bildirilir ki, rejim məmurları Muğan bölgəsində də milli fəalların mağaza və iş yerlərini bağlatdırıb. Lakin bütün bunlara baxmayaraq Güney Azərbaycan milli hərəkat fəalları bütün vasitələrdən istifadə edərək fars hakimiyyətinə öz etirazlarını bildirməkdə davam edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR