İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB: Perinatal Mərkəzdəki yanğınla bağlı 50-ə yaxın pasiyent təxliyə edilib, bir nəfər tüstüdən zəhərlənib - FOTO

1522 09.01.2024 07:18 Hadisə A A

Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar indiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

Musavat.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb", - deyə vurğulanıb.

Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb.

"1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir. Əlavə məlumat veriləcək", - deyə qurumun məlumatında vurğulanıb.

TƏBİB: Perinatal Mərkəzdəki yanğınla bağlı 50-ə yaxın pasiyent təxliyə edilib, bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB  - FOTO

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR