İnsanlara hürriyət, millətlərə istiqlal!

Tbilisidə səs verən Azərbaycan vətəndaşı: Bu gün bizim üçün qürurlu gündür

237 07.02.2024 09:28 Siyasət A A

Növbədənkənar prezident seçkilərində iştirak etmək, xalqını daha parlaq gələcəyə aparan lideri seçmək harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının borcudur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Axalkələki bölgələrində çalışan Azərbaycan vətəndaşı, ehtiyatda olan polkovnik Mehmandar Həsənov söyləyib.

O deyib: "Axalkələki paytaxt Tbilisidən xeyli uzaqda yerləşir. Buna baxmayaraq, mən Tbilisiyə gələrək səs verməyi özümə borc bilirəm. Bu gün bizim üçün qürurlu gündür. Müstəqilliyimizin bərpasından sonra ilk seçkilərdir ki, ölkəmizin bütün ərazilərini əhatə edir. Biz bununla qürur duyuruq və səsvermədə iştirak etməyi özümüzə borc bilirik. İnanıram ki, xalqımız doğru seçimini edəcək və layiqli namizədinə səs verəcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR