Bu gün Müsavat Partiyasının qərargahında İngiltərənin "Tayms" qəzetinin diplomatiya məsələləri üzrə redaktoru Roger Boyes və İspaniyadan olan müstəqil jurnalist Delbadiye partiyanın başqanı İsa Qəmbərdən müsahibə aliblar. Müsahibə zamanı "Tayms" qəzetinin redaktoru Müsavat Partiyasının rəhbərliyinə qarşı Lənkəran rayonu ərazisində edilən basqılar haqqında daha çox suallar verib.
İsa Qəmbər bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri, azərbaycandakı mövcud ictimai-siyası durum, sərbəst toplaşma, vicdan və söz azadlığına qoyulan məhdudiyyətlər, 12 yanvar aksiyası və Lənnkəran hadisələri ilə bağlı hər iki jurnalistin suallarına ətraflı cavab verib.
Sonda jurnalistlər gənclərin təşkil etdiyi "5 qəpik "aksiyasına dəstək veriblər.









