İnsanlara hürriyət, millətlərə istiqlal!

Tavuşun qubernatoru Qazağın 7 kəndi barədə: Onlar bizim inzibati ərazilərimizə daxil deyil

2518 02.11.2023 21:03 Son xəbər A A

Ermənistanın Tavuş vilayətinin qubernatoru Hayk Qalumyanın Azərbaycanın Qazax rayonunun 7 kəndi ilə bağlı jurnalistlərin sualına verdiyi cavab düşmən ölkədə qıcıq yaradıb.

Musavat.com xəbər verir ki, Qalumyan NEWS.am saytının müxbirinin Azərbaycan anklavları ilə bağlı sualına cavab olaraq “Tavuş rayonuna 68 yaşayış məntəqəsi olan 4 genişləndirilmiş icma daxildir, onların inzibati ərazilərinə qeyd etdiyiniz ərazilər daxil deyil” cavabını verib.

Ermənistan mətbuatı bu cavaba görə Qalumyanı sərt tənqid edir. Qubernator həmçinin bildirib ki, Tavuş sakinləri ilə tez-tez görüşür: “Sərhədin o biri tərəfində də torpaqlarımız var. Mən vaxtaşırı kənd sakinləri ilə görüşlər keçirirəm. Bu gün sənədlərdə heç nə olmadığına görə suallarınıza cavab verə bilmərəm. Görüşlər zamanı kənd sakinləri arasında hər hansı narahatlıq müşahidə etmədim. Kənd sakinləri mənə eyni sualları verdilər, amma cavab eyni oldu: indiyədək sənəddə heç nə nəzərdə tutulmayıb. Nə Ermənistanın baş naziri Nikol Paşinyan, nə də siyasi komandanın heç bir üzvü mənimlə heç bir müzakirə aparmayıb. Baş nazir tez-tez gəlir və Voskepardakı görüşdə şəxsən qeyd edib ki, “Əgər belə bir problem olarsa, mən şəxsən gəlib müzakirə aparacağam”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR